Mahirin komandasında yeni baş məşqçi

17:00 21 Aprel 2022

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"sunun yeni baş məşqçisi müəyyənləşib.

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Jelko Kopiçin istefaya göndərilməsindən sonra boş qalmış bu vəzifəyə Ante Çaçiç təyin edilib. O, bu mövsümün sonuna kimi Xorvatiya təmsilçisini çalışdıracaq.

Qeyd edək ki, "Dinamo" bu gün J.Kopiçlə yolları ayırıb.

Xatırladaq ki, 68 yaşlı A.Çaçiç  2011-2012-ci illərdə də Zaqreb klubunu çalışdırıb.


Digər xəbərlər

Xəbər xətti