“Real”ın futbolçusu Luka Modriç Qətər klubuna keçməkdən imtina edib.
Sportarena.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi Qətərin adı açıqlanmayan klubunun təklifini rədd edib.
36 yaşlı ulduz “Real”da qalmağa üstünlük verib. Modriç 2012-ci ildən “Real”da çıxış edir.