Rəşad Sadıqov: "Mənim üçün 3 və ya 5 əvəzetmənin fərqi yoxdur"

10:00 21 Aprel 2022

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov AFFA Klublar Komitəsinin iclasında Premyer Liqada legioner limitinin dəyişdirilməsi və əvəzetmə sayının artırılmasının müzakirəsi ilə bağlı danışıb.

 

Sportarena.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında əvvəlcə əvəzetmə sayı ilə əlaqədar deyib: "Çox məsələ var ki, standartdan kənara çıxırıq. Kimsə 5 əvəzetmə edirsə, o demək deyil ki, biz də belə etməliyik. Mövsümün əvvəlində bu təklifi mən dəstəkləmişdim. Mənim üçün 3 və ya 5 əvəzləmənin fərqi yoxdur. Hətta orta yolu deyirəm ki, 3 olmasa da, 4 əvəzləmə olsun. Pandemiya dövründən artıq çıxırıq.  Avropada komandalar 50-60 oyun keçirirlər. Bizdə isə finala qədər getsən, 32 matç edir. Bu da çox deyil".

 

R.Sadıqov legioner limitinin ləğvi məsələsi ilə bağlı deyib: "Bu gün 7 yerli futbolçumuz start heyətdə idi. Nadir hallarda 6 legionerlə oynamışıq. Məşqçi işini bunun üzərində qurmamalıdır. Ötən mövsüm Cəlal Hüseynov limit səbəbindən oynamırdı. Layiq olduğu üçün meydana çıxırdı. Komanda sayı artdıqdan sonra hər kəsə yer olacaq. O qədər limitə düşən yerli futbolu var idi ki, bu gün harada olduğu bilinmir. Bu, avrokuboklardakı çıxışımıza da mənfi təsir edir. Elə klublar var ki. gənc futbolçunu məcburiyyətdən oynadır. Mənə görə, 7+4 ideal limitdir. Bu gün yerli futbolçu sarıdan əziyyət çəkirik. Bəlkə də mənə limitin qalmağı sərf edər. Çünki gənclərə daha çox şans veririk".


Digər xəbərlər

Xəbər xətti