"Fənərbaxça"nın müdafiəçisi zədələnib

17:10 20 Aprel 2022

Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itki baş verib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Atilla Salai zədələnib. "Şaxtyor"la keçirilən xeyriyyə matçında (1:0) zədələnən macarıstanlı futbolçu meydanı xərəkdə tərk edib.

 

24 yaşlı mərkəz müdafiəçisinin son durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

 

Atilla Salai cari mövsümdə "Fənərbaxça"nın heyətində meydana çıxdığı 41 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti