“Bu, Rusiyaya qarşı quldurluqdur” - FİFA-nın keçmiş vitse-prezidenti

15:15 20 Aprel 2022

Rusiya Futbol İttifaqının (RFİ) fəxri prezidenti, FİFA-nın keçmiş vitse-prezidenti Vyaçeslav Koloskov FİFA-nın 2018-ci il dünya çempionatı üçün Rusiyaya ödənişləri dayandırması ilə bağlı məsələyə münasibət bildirib. 

Sportarena.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Koloskov bu hadisəni quldurluq adlandırıb:

“FİFA 2018-ci ilin dünya çempionatı üçün ödənişləri dayandırdı? Bu, gündüz vaxtı quldurluq etməkdir!”

RFİ hazırda FİFA-dan ümumi məbləğin – 100 milyon dolların yalnız 30 faizini alıb.

2018-ci ilin dünya çempionatı Rusiyanın 11 şəhərində keçirilmişdi.

Qeyd edək ki, Rusiya Futbol İttifaqının inkişaf direktoru Maksim Mitrofanov FİFA-nın dünya çempionatı üçün ödənişləri dayandırdığını bildirib. 


Digər xəbərlər

Xəbər xətti