Məhəmməd Salah son 8 oyunda ilk qolunu vurub.
Sportarena.az xəbər verir ki, “Liverpul”un misirli hücumçusu “Mançester Yunayted”ə 30-cu turun təxirə salınmış matçında (4:0) dubl edib.O, ikinci qolunu yoqasayağı duruşu ilə qeyd edib. Salag üç il əvvəl “Çelsi” ilə matçda olduğu ağac pozasında (Vrikşasana) dayanıb.
Bununla əlaqədar suala misirli futbolçu qısaca belə cavab verib: “Mən sadəcə, yoqiyəm və qolu bu tərzdə qeyd etmək istədim”.