"Qarabağ" legionerinə yeni müqavilə təklif etdi

16:03 19 Aprel 2022

“Qarabağ” qışda “Yagelloniya”dan icarəyə götürdüyü Luka Quqeşaşvilini komandada saxlamaq qərarına gəlib.

Sportarena.az xəbər verir ki, Ağdam klubu gürcüstanlı qolkiperə 3 illik müqavilə təklif edib. Bu təklifi qəbul edəcəyi təqdirdə, Lukanın illik qazancı 10 min dollar olacaq. ​22 yaşlı futbolçu yekun qərar vermək üçün klubdan mövsümün sonuna qədər vaxt istəyib.


Digər xəbərlər

Xəbər xətti