Milli komandada baş məşqçi istefası

10:15 19 Aprel 2022

Futbol üzrə Kolumbiya milli komandasının baş məşqçisi Reynaldo Rueda istefaya göndərilib.

Sportarena.az xarici sayta istinadən xəbər verir ki, buna yığmanın 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsi səbəb olub.

Millinin yeni baş məşqçisinin adı qarşıdakı günlərdə açıqlanacaq.

Qeyd edək ki, Reynaldo Rueda 2021-ci ildən Kolumbiya yığmasına başçılıq edirdi. 65 yaşlı mütəxəssis daha əvvəl Honduras, Ekvador və Çili seçmələrinə də rəhbərlik edib.


Digər xəbərlər

Xəbər xətti