Azərbaycanda bu federasiyanın adı və loqosu dəyişdirildi

15:50 18 Aprel 2022

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) adı rəsmi olaraq dəyişdirilib və bundan sonra Azərbaycan Velosiped Federasiyası (AVF) adlandırılacaq.

 

Sportarena.az xəbər verir ki, ad dəyişikliyi zamanı Nazirlər Kabinetinin “İctimai Birliklərə Respublika İdman Federasiyası” statusunun verilməsi üzrə onların dövlət akkreditasiya Qaydasının tələbləri əsas götürülüb və Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb.

 

Bundan başqa, inkişaf strategiyasına uyğun olaraq federasiyanın loqotipi də yenisi ilə əvəzlənib. Yaxın günlərdə Azərbaycan Velosiped Federasiyasının yenilənmiş saytı da oxucuların istifadəsinə veriləcək.


Digər xəbərlər

Xəbər xətti