Ukraynada Olimpiya İdman Kompleksi atəşə tutulub

12:49 18 Aprel 2022

Rusiya Silahlı Qüvvələri Ukraynanın Kreminna şəhərindəki Olimpiya İdman Kompleksini atəşə tutub.

 

Sportarena.az xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının sədri Sergey Qayday bildirib. Nəticədə ərazidə yanğın başlayıb. Yanğının ümumi sahəsi 2400 kvadratmetr olub. Xilasedicilər alovun lokallaşdırılmasına çalışırlar.

 

Qeyd edək ki, Ukraynanın olimpiya komandası məşqlərini adətən Kreminnadakı idman obyektində keçirib.


Digər xəbərlər

Xəbər xətti