"Kəpəz"in azarkeşlərindən klubun futbolçularına xəbərdarlıq

11:56 17 Aprel 2022

 “Kəpəz”in azarkeş qrupu olan "Xəmsə” açıqlama yayıb.

Sportarena.az xəbər verir ki, fan-klubun "Feysbuk" səhifəsində yaydığı bəyanatda bildirilir: "Komandanın uğursuzluqlarında açıq olaraq günahkar baş məşqçi Yaşar Vahabzadəni görməyimiz , deyəsən bir çoxunda öz aləmində günahsız olduğu düşüncəsi yaradıb. 

Komandada oynayan hər bir futbolçu, harada, hansı klubda oynadığını tamlığı ilə dərk etməli , məsuliyyətini anlamaq ( anlatmaq ) zamanı gəldi!

"Kəpəz"də oynadığı halda 3 gündən bir keçmiş komandası haqda paylaşım edənlər daha çox cavab verməli olacaq , ya da "Kəpəz"də olmayacaq! 

Unutmayın, indiyə kimi oynadığınız komanda nə qədər böyük olsa da, "Kəpəz"dən böyük ola bilməz.  Stadionda azarkeş sayı sizi aldatmasın! İlk və sonuncu dəfə xəbərdarlıq edirik!"


Digər xəbərlər

Xəbər xətti