Hacı Əliyevə vaxtından əvvəl kapitan rütbəsi verilib

14:18 16 Aprel 2022

Azərbaycanın üçqat dünya və üçqat Avropa çempionu olan sərbəst güləşçisi Hacı Əliyevə vaxtından əvvəl kapitan rütbəsi verilib.

Sportarena.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bu barədə müvafiq əmr imzalayıb.

Bundan əlavə, DSX rəisinin digər əmri ilə Firdovsi Umudova polkovnik rütbəsi verilib.

Qeyd edək ki, Hacı Əliyev Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc, Tokio-2020 olimpiadasının gümüş mükafatçısıdır.


Digər xəbərlər

Xəbər xətti