Konfrans Liqasının yarımfinalında VAR

12:12 16 Aprel 2022

Konfrans Liqasının yarımfinal mərhələsinin matçlarında VAR texnologiyası tətbiq ediləcək.

Sportarena.az xəbər verir ki, bu barədə “Footbal Italia” məlumat yayıb. Hələ ki, texniki problemlər və kiçik klubların iştirak etdiyi yarışlarda VAR-ın ardıcıl şəkildə tətbiqi çətinliyi səbəbindən turnirdə video köməkçi hakimdən istifadə edilməyib.

Əvvəlcə VAR-ın yalnız 25 may 2022-ci il tarixində Tirandakı (Albaniya) "Arena Kombëtare" stadionunda keçiriləcək UEFA Konfrans Liqasının final oyununda işləyəcəyi planlaşdırılırdı. Lakin UEFA VAR texnologiyasını artıq yarımfinalda tətbiq etməyə hazırdır.

Xatırladaq ki, Konfrans Liqasının yarımfinalında “Lester Siti” “Roma” ilə, “Feyenoord” isə “Marsel”lə qarşılaşacaq. Turnirin yarımfinal mərhələsinin ilk oyunları aprelin 27 və 28-də, cavab oyunları isə 4 və 5 mayda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti