UEFA prezidenti məşhur klublara görə məhkəməyə verildi

11:50 16 Aprel 2022

Amerikalı iş adamı Çarli Stillitano UEFA prezidenti Aleksander Çeferinə qarşı məhkəmə iddiası irəli sürüb. 

Sportarena.az xəbər verir ki, "The New York Times" bu barədə məlumat yayıb.

Stillitano UEFA-nı "Real Madrid", "Barselona" və "Yuventus" klublarının Şimali Amerikada yayımının dayandırılmasına görə şikayətçi olub.

Mənbə Çeferinin bir müddət əvvəl Stillitanonu Superliqa ideyası ilə gündəmə gələn klublarla işbirliyində günahlandırdığını yazır. Amerikalı biznesmenin vəkilləri isə UEFA prezidentinin mesajını təhdid kimi qiymətləndiriblər.

Xatırladaq ki, 12 klubun iştirakı ilə Superliqa ötən il aprelin 19-da yaradılsa da, iki gün sonra 9 klub yarışdan çıxdığını açıqlayıb.

Mayın 7-də isə UEFA Superliqanın iştirakçılarının cəzalandırılması ilə bağlı qərar qəbul edib. Doqquz klubun hər birinin Avropada futbolun inkişafına 15 milyon avro ianə ödəyəcəyinə qərar verilib. Klublar həmçinin bir mövsümdə UEFA-nın klub yarışlarında iştiraka görə gəlirin 5%-ni təzminat kimi qaytarmağı öhdələrinə götürüblər.

 


Digər xəbərlər

Xəbər xətti