Şahin Mövsümov yenidən federasiya prezidenti seçildi

13:42 15 Aprel 2022

Azərbaycan Kamandan Oxatma Federasiyasında hesabat-seçki konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, konfransda federasiyanın növbəti 4 il üçün prezidenti seçilib.

 

Qarşıdakı 4 ildə federasiyaya Şahin Mövsümov rəhbərlik edəcək.

 

Xatırladaq ki, o, 2007-ci ildən quruma başçılıq edir.

 

Qeyd edək ki, Şahin Mövsümov Prezidentin köməkçisi Şahmar Mövsümovun qardaşıdır.


Digər xəbərlər

Xəbər xətti