21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Norveç yığmasına qarşı keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qarşılaşma yunun 14-də Drammen şəhərindəki "Marienlyst Stadium"da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00 başlayacaq.