Azərbaycan Autizm Assosiasiyası uşaqlar üçün yarışlar keçirəcək - FOTOLAR

16:20 14 Aprel 2022

Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq II Autizm Festivalı çərçivəsində autizmli uşaqlar arasında bir sıra idman yarışları keçirməyi planlayıb.

Sportarena.az xəbər verir ki, onlardan ilki aprelin 14-ü bocce yarışı olub. Müxtəlif mərkəzlərdən 8 komandanın qatıldığı mübarizədə 50-ə yaxın autizmli uşaq bacarığını nümayiş etdirib. Olimpiya sistemi üzrə keçirilən yarışın yekununda 1-ci yer ALBA Reabilitasiya ve Yaşam Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqların idmanla psixoreabilitasiyası.  2-ci, Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi isə 3-cü yeri tutub.


Bundan başqa, Azərbaycan Autizm Assosiasiyası aprel ayında autizmli uşaqlar arasında stolüstü tennis, velosiped, atletika və futbol yarışları keçirəcək. Aprelin 28-i isə Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə II Azərbaycan Autizm Festivalı təşkil olunacaq. Festival çərçivəsində təşkil olunan tədbirlərin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir.

Autizmin fərqindəyik, onların yanındayıq.



Digər xəbərlər

Xəbər xətti