“Atletiko” azarkeşləri Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu zamanı "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanı təhqir edib.
Sportarena.az xəbər verir ki, Madriddəki "Vanda Metropolitano" stadionunda baş tutan görüş heç-heçə başa çatıb - 0:0.
İlk görüşdəki qələbə (1:0) sayəsində "şəhərlilər" turnirin yarımfinalına yüksəlib.
Görüşün sonunda “hindular”ın fanatları “fahişə oğlu Pep Qvardiola” şüarını səsləndiriblər. Bildirilir ki, bu təhqiramiz şüarı bütün stadion qışqırırmış.
"Mançester Siti" Çempionlar Liqasının 1/2 finalında "Real"la qarşılaşacaq.
Qvardiola məşqçi kimi 9-cu dəfə Çempionlar Liqasının yarımfinalına çıxıb. İspan mütəxəssis "Barselona", "Bavariya" və "Mançester Siti" ilə turnirin 1/2 finalına yüksəlib.