Polşanın “Legiya” klubunun futbolçusu Ramil Mustafayevin şərəfini qoruyacağı milli komanda bəlli olub.
Sportarena.az xəbər verir ki, AFFA-nın da milliləşdirmək istədiyi rusiyalı müdafiəçi Polşa yığmasında oynamağa qərar verib.
18 yaşlı futbolçu Polşa vətəndaşlığı almaqla bağlı sənədləri də təqdim edib. Uzun illərdir bu ölkədə yaşayan, əvvəllər “Stal”da çıxış edən Ramil digər yığmalarda, o cümlədən özünə yad olan Azərbaycan millisində oynamaq istəməyib. Rusiyalının Polşadakı milliləşmə prosesinin nə vaxt yekunlaşacağı isə dəqiqləşməyib.