Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
Sportarena.az xəbər verir ki, bütün cavab oyunları eyni gündə keçiriləcək və bütün yarımfinalçıların adına aydınlıq gələcək.
"Lester" PSV-nin qonağı olacaq. "Feyenoord" isə "Slaviya" ilə səfərdə qarşılaşacaq. "Qarabağ"ın rəqibi olmuş "Marsel" PAOK-la üz-üzə gələcək. "Roma" isə "Bodo-Qlimit"i evdə qəbul edəcək.
UEFA Konfrans Liqası, 1/4 final
Cavab oyunları
14 aprel
20:45. PSV (Niderland) - "Lester" (İngiltərə)
İlk oyun - 0:0
23:00. "Slaviya" (Praqa, Çexiya) - "Feyenoord" (Niderland)
İlk oyun - 3:3
23:00. PAOK (Yunanıstan) - "Marsel" (Fransa)
İlk oyun - 1:2
23:00. "Roma" (İtaliya) - "Bodo- Qlimt" (Norveç)
İlk oyun - 1:2.