Teymur Rəcəbov irəlilədi, Şəhriyar Məmmədyarov gerilədi - FİDE-nin yeni reytinq siyahısı

14:39 1 Aprel 2022

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. Sportarena.az xəbər verir ki, ilk "onluq"da Azərbaycanın bir təmsilçisi yer alıb.  Şəhriyar Məmmədyarov 2771 xalla 7-ci pillədən 10-cu sıraya geriləyib. 2753 xalı olan Teymur Rəcəbov isə 1 pillə irəliləyərək 13-cü yerdə qərarlaşıb.
 
Qədir Hüseynov (2661) 4, Rauf Məmmədov (2 656) isə 3 pillə geriləyib. Onlar, müvafiq olaraq, 76-cı və 83-cü sırada yer alıblar.
 
Reytinqin ilk "üçüy"ündə dəyişiklik baş verməyib. Norveçli dünya çempionu Maqnus Karlsen 2864 xalla siyahıya başçılıq edir. 2804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca 2-ci, 2799 xala malik çinli Dinq Liren 3-cüdür.
 
Azərbaycanın qadın şahmatçılarından Günay Məmmədzadə (2 454) 1 sıra geriləyərək 26-cı, Gülnar Məmmədova (2 387) 2 pillə irəliləyərək 62-ci, Xanım Balacayeva isə (2 376) 6 pilləlik yüksəlişlə 71-ci yerdədir.


Digər xəbərlər

Xəbər xətti