"Barselona"nın yarımmüdafiəçisi Pedri Lionel Messi barədə danışıb.
Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, gənc futbolçu PSJ-də oynayan Messinin yenidən "Barselona"ya dönəcəyinə ümid etdiyini dilə gətirib:
"Vaxt olduqda Messinin oyunlarına baxıram. Ondan çox şey öyrənmək olar. Messi ilə meydanda və meydandan kənarda yaxşı vaxt keçirmişik. Ümid edirəm ki, bir gün "Barselona"ya qayıda bilər".