“Real” La Liqanın 29-cu turunda "Barselona" ilə matça xüsusi formalar ilə çıxacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Madrid təmsilçisi “El-Klassiko”da ağ çizgiləri olan qara rəngli formada çıxış edəcək. “Adidas” və yapon dizayneri Yoji Yamamoto tərəfindən hazırlanan geyim “Real”ın 120 illik yubileyi üçün təşkil edilən kolleksiyanın bir hissəsidir.
Qeyd edək ki, martın 20-si keçiriləcək “Real” - “Barselona” qarşılaşması Bakı vaxtı ilə 00:00-da başlayacaq.