“Barselona” ilə oyundan əvvəl “Real”da 3 itki

17:01 15 Mart 2022

“Real”ın futbolçuları – Kərim Benzema, Ferlan Mendi və Rodriqo “Barselona”ya qarşı 29-cu turun oyununu buraxa bilər. Bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti açıqlama verib.
 
İtaliyalı mütəxəssis futbolçuların durumuna martın 16-da tam aydınlıq gələcəyini deyib.
 
Rodriqo son turun “Malyorka” ilə oyununun 71-ci, Ferlan Mendi 80-ci dəqiqəsində əvəzlənib. Sonadək meydanda olan Kərim Benzema isə qarşılaşmadan sonra ayağında ağrılar hiss edib.
 
Martın 20-də keçiriləcək “el-klasiko” Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti