İspaniya çempionatı: "Barselona" 4 cavabsız qolla qalib gəldi

10:14 14 Mart 2022

Futbol üzrə İspaniya La Liqasında 28-ci turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, daha dörd qarşılaşma baş tutub.
 
Səfərdə “Rayo Valyekano” ilə qarşılaşan “Sevilya” turu xal itkisi ilə başa vurub. “Betis” “Atletik”i, “Real Sosyedad” isə “Alaves” minimal hesabla üstələyib.
 
“Barselona” isə “Kamp Nou”da “Osasuna” ilə münasibətlərinə aydınlıq gətirib. Kataloniya təmsilçisi La Liqada ardıcıl 4-cü qələbəsini qazanıb.
 
İspaniya La Liqası
28-ci tur
13 mart
 
Rayo Valyekano – Sevilya 1:1
Qol: Bebe, 46 – Dileyni, 63.
 
Betis – Atletik 1:0
Qol: B.İqlesias, 20.
 
Real Sosyedad – Alaves 1:0
Qol: Zubimendi, 70.
 
Barselona – Osasuna 4:0
Qol: F.Torres, 14-pen; 21. Obameyanq, 27. Puiq, 75.
 
14 mart
 
00:00 Malyorka – Real


Digər xəbərlər

Xəbər xətti