Sportinfo.az saytının təsisçisi İlkin Vaqifoğlu Fərqli Radio 100.5 FM-də yayımlanan "Arena"nın qonağı olub.
Tanınmış telejurnalist Rüfət Nadirlinin aparıcısı olduğu verlişdə Premyer Liqanın ötən turu müzakirə edilib.
Çempionatın gedişi barədə sualları cavablandıran İ.Vaqifoğlu "Qarabağ" və "Neftçi"nin rəqabətinə toxunub, "Zirə" ilə "Qəbələ"nin medal qazanmaq şanslarını dəyərləndirib.
O, həmçinin ölkə futbolunun problemlərinə diqqət yönəldib, AFFA-nın fəaliyyətinin yarıtmaz olduğunu bildirib, bu sahədə islahatların aparılmasını zəruri sayıb.
Verilişə bu linkdən daxil olub baxa bilərsiz.