Türkiyə Superliqasında 28-ci tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçirilib.
"Beşiktaş” doğma meydanda “Başakşəhər”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib. “Qaziantep” – “Hatayspor” matçında da tərəflər meydanı hərəyə 2 qolla tərk ediblər. “Kayserispor” isə evində “Alanyaspor”a məğlub olub.
Türkiyə Superliqası, 28-ci tur
"Kayserispor" – "Alanyaspor" - 1:2
Qol: Bertolaççi, 34 – O.Aydın, 41. E.Yardımçı, 83.
"Beşiktaş" – "Başakşəhər" - 2:2
Qol: G.Yalçın, 41. K.Karaman, 54 – Trezeqe, 35. Okaka, 45+4.
"Qaziantep" – "Hatayspor" - 2:2
Qol : Maksim, 5; 79 – Koker, 20-öz qapısına. El Kaabi, 30.