Cüdo üzrə Azərbaycan milli komandasının üzvü İrina Kindzerska Rusiyanın Ukraynaya hücumu nəticəsində evsiz qalıb.
Sportarena.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb:
“Bütün ruslara mənim çəkdiyimi arzulayıram. Bu gün biz evsiz qaldıq. Amma Allaha şükür sağıq. Hamınıza dərindən nifrət edirəm”.
İdmançının Ukraynanın İrpen şəhərində yaşadığı mənzil rusların mərmi hücumuna məruz qalıb.
Qeyd edək ki, Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanıb.