UEFA "Qazprom"la müqaviləni ləğv etdi

10:42 1 Mart 2022

UEFA ilə Rusiyanın “Qazprom” şirkəti arasında sponsorluq müqaviləsi ləğv olunub.

Sportarena.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Beləliklə, Çempionlar Liqası, milli komandaların yarışları və Avro-2024 daxil olmaqla, adıçəkilən şirkətlə bütün mövcud müqavilələr ləğv olunub.

Qeyd edək ki, şirkət hər il UEFA-ya 40 milyon avro ödəyirdi. Daha əvvəl Almaniyanın "Şalke" klubu da "Qazprom"la müqaviləni pozub.


Digər xəbərlər

Xəbər xətti