FİFA və UEFA Rusiyanı bütün turnirlərdən uzaqlaşdırdı

05:37 1 Mart 2022

FİFA və UEFA Rusiyanın bütün klubları və bütün yaş qripları üzrə yığma komandaları beynəlxalq yarışlardan kənarlaşdırıb. 

Sportarena.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Bu, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə bağlıdı.

Rusiya millisi Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün pley-off oyunları oynamalı idi. Lakin FİFA və UEFA onları bütün turnirlərdən kənarlaşdırıb. 


Digər xəbərlər

Xəbər xətti