Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərindən alınaraq, Fransanın paytaxtı Parisə verilib.
Sportarena.az xəbər verir ki, məlumatı UEFA-nın rəsmi saytı məlumat yayıb.
Qərar UEFA-nın İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul edilib. Avropa futbol qurumu Rusiya ilə Ukrayna arasındakı hərbi vəziyyətlə əlaqədar belə addım atıb.
Oyun mayın 28-də "Stad de Frans"da keçiriləcək.