Futbol üzrə İspaniya La Liqasında 23-cü turun oyunları keçirilir. Sportarena.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.
“Valensiya” - “Real Sosyedad” matçında qapılara qol vurulmayıb. “Vilyarreal” səfərdə “Betis”i 2 cavabsız qolla üstələyib.
Lider “Real” bu turda “Qranada”nı qəbul edib. Madrid təmsilçisi doğma meydanda minimal hesabla qalib gəlib.
Turun mərkəzi görüşündə isə “Barselona” “Kamp Nou”da Madridin “Atletiko” komandası ilə qarşılaşıb. Altı qolun qeydə alındığı bu oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər.
İspaniya La Liqası
23-cü tur
6 fevral
Valensiya – Real Sosyedad 0:0
Barselona – Atletiko 4:2
Qol: Alba, 10. Qabi, 21. Arauxo, 43. D.Alveş, 49 – Karrasko, 8. L.Suares, 58.
Betis – Vilyarreal 0:2
Qol: Torres, 41. Kapue, 83.
Real – Qranada 1:0
Qol: Asensio, 74.