İspaniya kuboku: Yarımfinalın püşkü atıldı

14:05 5 Fevral 2022

İspaniya kubokunda yarımfinal mərhələsinin püşkü atılıb.

Finala vəsiqə uğrunda “Valensiya”, “Atletik”, “Rayo Valyekano” və “Betis” klubları mübarizə aparacaq.

Püşkə əsasən, “Valensiya” yarımfinalda “Atletik”lə üz-üzə gələcək. “Rayo Valyekano” isə “Betis”lə qarşılaşacaq.

İspaniya kubokunda yarımfinal görüşləri əvvəlki mərhələlərdən fərqli olaraq, ev-səfər prinsipi ilə keçiriləcək. İlk oyunlar 9-10 fevralda, cavab görüşləri isə 2-3 matda baş tutacaq.

İspaniya kuboku, yarımfinal

"Valensiya" – "Atletik"
"Rayo Valyekano" – "Betis"


Digər xəbərlər

Xəbər xətti