Futbol üzrə İspaniya kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Sportarena.az xəbər verir ki, daha iki qarşılaşma baş tutub.
Əvvəlcə “Betis” səfərdə “Real Sosyedad”la üz-üzə gəlib. Qonaqlar bu oyunda böyük hesabla qalib gələrək ilk yarımfinalçıya çevriliblər.
Günün digər matçı “Atletik”lə Madrid “Real”ı arasında keçirilib. Bu oyunda isə meydan sahibləri sevinən tərəf olub. Beləcə, “Real” kubokda mübarizəni dayandırmalı olub.
Xatırladaq ki, ilk oyun günündə “Rayo Valyekano” ilə “Valensiya” yarımfinala vəsiqə qazanmışdı.
İspaniya kuboku
1/4 final
Real Sosyedad – Betis 0:4
Qol: Xuanmi, 12; 57. V.Xose, 83. Ruibal, 87.
Atletik – Real 1:0
Qol: Berenguer, 89.