“Barselona”nın yeni transferi həftəyə 5 min avro qazanacaq

12:01 1 Fevral 2022

“Barselona”nın yeni transferi Pyer-Emerik Obameyanqın klubdakı gəliri müəyyənləşib.

Sportarena.az xəbər verir ki, qabonlu hücumçu həftəyə 5 min avro maaş alacaq. Bu, hazırkı mövsümün sonuna kimi davam edəcək. Yeni mövsümdən isə Obameyanqın maaşı artırılacaq.

Qeyd edək ki, Obameyanqın “Arsenal”ın baş məşqçisi Mikel Arteta ilə münasibətləri korlandığı üçün London klubu onunla yolları ayırıb.

“Barselona”nın Obameyanqla azad agent kimi 18 aylıq müqavilə imzaladığı bildirilir. Klubun bununla bağlı bu gün açıqlama yayacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti