Namik Ələsgərovun komandasında qar əngəli

01:08 24 Yanvar 2022

Türkiyə I Liqasının bir oyunu təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, 21-ci tur çərçivəsində baş tutan "Eyüpspor" - "Bursaspor" görüşü güclü qar səbəbindən yarımçıq dayandırılıb. Meydan sahiblərinin hesabda 1:0 öndə olduğu qarşılaşma sabah Bakı vaxtilə saat 20:00-da davam etdiriləcək.

 

Qeyd edək ki, milli komandamızın üzvü Namik Ələsgərov "Bursaspor"da çıxış edir. 26 yaşlı vinger oyuna start heyətdə başlamışdı.


Digər xəbərlər

Xəbər xətti