İspaniya çempionatı: “Atletiko” “Valensiya”ya qalib gəldi

15:00 23 Yanvar 2022

Futbol üzrə İspaniya La Liqasında 22-ci turun oyunları keçirilir. Daha dörd qarşılaşma baş tutub.
 
Dörd qolun qeydə alındığı “Sevilya” – “Selta” matçında qalib müəyyənləşməyib. “Levante” evdə “Kadis”ə uduzub. “Vilyarreal” isə “Malyorka”nı darmadağınla yola salıb.
 
Son turlarda uğursuz çıxış edən Madridin “Atletiko” komandası bu dəfə “Valensiya”nı qəbul edib. Meydan sahibləri bu oyundan qalib ayrılıblar.
 
“Real” “Elçe”ni qəbul edəcək, “Barselona” isə səfərdə “Alaves”in qonağı olacaq.
 
İspaniya La Liqası
22-ci tur
 
22 yanvar
 
Levante – Kadis 0:2
Qol: Neqredo, 34. S.Sançes, 73.
 
Vilyarreal – Malyorka 3:0
Qol: Russo, 12-öz qapısına. Triqeros, 34. Parexo, 87.
 
Sevilya – Selta 2:2
Qol: P.Qomes, 71. Torres, 74 – Çervi, 37. Aspas, 40.
 
Atletiko – Valensiya 3:2
Qol: Kunya, 64. Korrea, 90+1. Hermoso, 90+3 – Musah, 25. Duro, 44.


Digər xəbərlər

Xəbər xətti