“Barselona”nın qapıçısı 300-cü oyununa çıxdı

22:34 22 Dekabr 2021

“Barselona” İspaniya La Liqasının 19-cu turunda “Sevilya” ilə qarşılaşıb. Sözügedən matç “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen üçün əlamətdar olub.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belə ki, “Sevilya” ilə matç alman futbolçunun “Barselona”dakı 300-cü rəsmi oyunu olub.
 
Ter Ştegen 2014-cü ildən “Barselona”da çıxış edir.
 
“Sevilya” – “Barselona” matçı 1:1 hesabıyla bitib.


Digər xəbərlər

Xəbər xətti