"Barselona"nın gənc futbolçusu Messini qabaqladı

00:22 20 Dekabr 2021

"Barselona"nın "Elçe"ni 3:2 hesabı ilə məğlub etdiyi matç gənc futbolçu Qavi üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, komandasının ikinci qoluna imza atan ispan yarımmüdafiəçi 17 yaş 135-ci günündə fərqlənməyi bacarıb. O, bu göstəricidə Kataloniya təmsilçisinin sabiq futbolçusu, hazırda PSJ-də çıxış edən Lionel Messini (17 yaş 331 gün) qabaqlayıb.

 

Qeyd edək ki, "Barselona"da ən gənc qolçular Ansu Fati (16 yaş 304 gün) və klubun sabiq vingeri Boyan Krkiçdir (17 yaş 53 gün).


Digər xəbərlər

Xəbər xətti