"Kəpəz"in 50-ci səfəri

18:09 12 Dekabr 2021

“Kəpəz” Azərbaycan kubokunda 50-ci səfər oyununu keçirib.

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi 1/8 finalda “Sabah”ın qonağı olub. Bakı klubu qərblilərin yubileyində 3:0 hesabı ilə qalib gəlib.

“Kəpəz” 50 səfər matçında 24 qələbə qazanıb, 9 heç-heçə edib və 17 dəfə uduzub. 70 qol vuran gəncəlilər 59 top buraxıblar.

Yalnız “Neftçi” (74) və “Qarabağ” (67) kubokda daha çox səfər matçı keçirib.


Digər xəbərlər

Xəbər xətti