Dani Alveş “Barselona”ya qayıtdı

10:52 13 Noyabr 2021

"Barselona" keçmiş futbolçusu Dani Alveşi heyətinə cəlb edib.


Sportarena.az xəbər verir ki, 38 yaşlı müdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Braziliyalı oyunçu Kataloniya təmsilçisinə azad agent kimi keçib. O, gələn həftədən məşqlərə başlayacaq. Lakin futbolçu yalnız 2022-ci ilin yanvarından rəsmi oyunlarda meydana çıxa biləcək.


Alveş 2008-2016-cı illərdə "Barselona"da oynayıb. Onun son klubu "San-Paulu" (Braziliya) olub.


Digər xəbərlər

Xəbər xətti