Xavi Ernandes "Barselona"da islahatlara başladı

10:28 10 Noyabr 2021

"Barselona"nın yeni baş məşqçisi Xavi Ernandes klubun strukturunda dəyişiklik etməyə başlayıb.

Sportarena.az xəbər verir ki, ispaniyalı mütəxəssis klubun iki əməkdaşının xidmətindən imtina etmək qərarına gəlib. Bunlar fizioterapevt Xuanxo Brau və fitnes məşqçisi Alberto Rokedir.

 

Braunu "Əl-Sədd"də Xavi ilə birgə çalışmış Karlos Noqeyra əvəzləyib. İvan Torres isə yeni fitnes məşqçisi olub.

Qeyd edək ki, bir neçə gün əvvəl klubun direkotru Mateu Alemani Xavinin klubun tibbi heyətindən narazı olduğunu açıqlamışdı.


Digər xəbərlər

Xəbər xətti