İspaniya çempionatı: “Barselona”dan xal itkisi, “Real”dan qələbə - VİDEO

13:37 31 Oktyabr 2021

Futbol üzrə İspaniya La Liqasında 12-ci tura start verilib. Sportarena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib.
 
Turun açılış matçında turnir cədvəlinin ikincisi “Real” səfərdə “Elçe”nin qonağı olub. Madrid təmsilçisi bu oyundan çətin qələbə ilə ayrılıb.
 
“Sevilya” bu turda “Osasuna”nı, “Valensiya” isə “Vilyarreal”ı sınağa çəkib. Hər iki oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər. 
 
Baş məşqçi Ronald Kumanla yollarını ayıran “Barselona”nın bu turdakı rəqibi “Alaves” olub. Kataloniya təmsilçisi bu oyunda hesabı açsa da, üstünlüyünü sonadək qoruya bilməyib.
 
İspaniya La Liqası
12-ci tur
30 oktyabr
 
Elçe – Real 1:2
Qol: Milya, 86 – Vinisius, 22; 73.
 
Sevilya – Osasuna 2:0
Qol: D.Karlos, 40. Okampos, 60.
 
Valensiya – Vilyarreal 2:0
Qol: Gilyamon, 43. Soler, 77-pen.
 
Barselona – Alaves 1:1
Qol: Depay, 49 – Rioxa, 52.
 
 


Digər xəbərlər

Xəbər xətti