Messi “Barselona”da 650-ci qolunu vurdu

11:04 1 Fevral 2021

Futbol üzrə İspaniya La Liqasının 21-ci turu çərçivəsində keçirilən “Atletik”lə oyun “Barselona”nın hücumçusu Lionel Messi üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, “Kamp Nou”da keçirilən və “Barselona”nın 2:1 hesablı qələbəsi ilə bitən matçdakı qollardan birini argentinalı futbolçu vurub. Bu, Messinin “Barselona”nın heyətində vurduğu 650-ci qol olub. O, İspaniya çempionatı çərçivəsində 456 qola imza atıb. 


Digər xəbərlər

Xəbər xətti