Ramos zədəsini sağaltdı

17:45 5 Dekabr 2020

Madrid “Real”ının kapitanı Serxio Ramos zədəsini sağaldıb.

 

Sportarena.az xəbər verir ki, Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Almaniya ilə oyunda sağ ayağından xəsarət alan müdafiəçi artıq komanda ilə məşqlərə başlayıb.33 yaşlı oyunçunun La Liqanın 12-ci turunda “Sevilya ilə matçda meydanda olacağı gözlənilir.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Sevilya” - “Real” görüşü Bakı vaxtı ilə 19:15-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti