Serxio Ramos La Liqada şəxsi rekordunu təkrarladı

14:29 22 İyun 2020

Madridin “Real” komandasının və İspaniya millisinin futbolçusu Serxio Ramos La Liqada bir mövsümdə vurduğu qolların sayına görə şəxsi rekordunu təkrar edib.

 

Sportarena.az xəbər verir ki, 30-cu turda “Real Sosyedad”la keçirilən qarşılaşmanın 30-cu dəqiqəsində penalti zərbəsini yerinə yetirən S.Ramos cari mövsümdə yeddinci qolunu vurub. Bu göstəricini ispaniyalı müdafiəçi iki il öncə də əldə etmişdi.

 

Rekordunu təkrarlamış futbolçunu qarşıda daha səkkiz La Liqa qarşılaşması gözləyir.


Digər xəbərlər

Xəbər xətti