“Atletiko”nun futbolçuları maaşın 70 faizindən imtina etdilər

12:36 3 Aprel 2020

“Atletiko”nun futbolçuları koronavirus pandemiyasının kluba vurduğu zərərə görə maaşların 70 faizindən imtina ediblər.

 

Sportarena.az xəbər verir ki, Madrid təmsilçisi məşqçi və futbolçu heyəti klubun 430 əməkdaşının maaş almağa davam etməsi üçün bu addımı atıblar.

 

Qeyd edək ki, daha öncə "Barselona"nın futbolçuları məvaciblərinin 70 faizindən imtina etmişdi.


Digər xəbərlər

Xəbər xətti