Millimizin rəqibləri müəyyənləşdi

10:40 3 Oktyabr 2019

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının Avropa Olimpiya Təsnifat Turnirlərindəki rəqibləri bəlli olub.

 

Sportarena.az xəbər verir ki, yanvarın 7-dən 12-dək Hollandiyanın Apeldorn şəhərində keçiriləcək yarışda komandamız A qrupunda yer alacaq. Millimiz ev sahibləri, Polşa və Bolqarıstanla qüvvəsini sınayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya voleybolçuları güclərini yoxlayacaqlar. 

 

Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək. 

 

Qeyd edək ki, qadınların mübarizəsində Yaponiya, Serbiya, Çin, ABŞ, Braziliya, Rusiya və İtaliya Olimpiadada iştirak hüququ qazanıblar. Son 5 yer isə qitə təsnifat turnirlərində sahiblərini tapacaq.


Digər xəbərlər

Xəbər xətti