"Qarabağ" qış fasiləsində heyətinə qatdığı Reynaldo Silva ilə yollarını ayırır.
Sportarena.az xəbər verir ki,braziliyalı hücumçunun hazırkı forması Qurban Qurbanovu razı salmadığından, mövsümün sonunda onunla müqavilənin uzadılmamasına qərar verilib. Artıq 29 yaşlı futbolçunun yeni klubu da məlumdur. Əldə etdiyimiz digər xəbərə görə, Reynaldo karyerasını "Neftçi"də davam etdirəcək. (qol.az)
“Qarabağ” – “Səbail” matçından sonra təşkil olunan mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Reynaldonun "Neftçi"yə transfer olunacağı ilə bağlı heç bir məlumatının olmadığını bildirib:
"Belə bir məlumatım yoxdu. Reynaldoyla "6 ay +1 il" şərtilə müqaviləmiz var. Hələ heç bir fikir bildirə bilmərəm. "Neftçi"ylə danışıqlardan xəbərim yoxdu".