Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı klublarının siyahısını açıqlayıb.
Sportarena.az xəbər verir ki, 2018-ci ilin yekunlarına əsasən, tərtib olunan cədvəldə planetin ən yaxşı 404 klubu yer alıb.Siyahıda Azərbaycan bir klubla təmsil olunub. Bu, son illərin dəyişməz ölkə çempionu “Qarabağ”dı. 2018-ci ildə çempion titulunu qazanan və Avropa Liqasının qrupuna düşən Qurban Qurbanovun yetirmələri siyahıda 137-ci yerə şərikdi. Ağdam klubu bu mövqeyi Argentinanın “Estudiantes” klubu ilə bölüşür.
Qeyd edək ki, qonşu Türkiyə klublarından “Beşikaş” 54-cü, “Fənərbaxça” 107, “Qalatasaray” 147, “Başakşəhər” 208, “Akhisar” isə 217-cidi.